Bu ölkədə altı aylıq uşaqlar koronavirusa qarşı peyvəndlənəcəkbackend

Bu ölkədə altı aylıq uşaqlar koronavirusa qarşı peyvəndlənəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentinanın Səhiyyə Nazirliyi altı aylıq uşaqlar üçün koronavirusa qarşı peyvənd kampaniyasına start verəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə cümə günü nazirliyin mətbuat xidməti məlumat yayıb.

“Milli tənzimləyici qismində çıxış edən Medikamentlər, Qida məhsulları və Texnologiyalar üzrə Milli Administrasiyadan istifadə ilə bağlı tövsiyələri alan Səhiyyə Nazirliyi altı aylıqdan başlayaraq uşaqları COVID-19-a qarşı peyvənd etməyə başlayacaq”, – deyə məlumatda qeyd edilir.

Xatırladaq ki, daha əvvəl Argentinada uşaqlar üç yaşından koronavirusa qarşı peyvənd edilirdi.