Bu ölkədə birdəfəlik plastik qida qablar üçün əlavə ödəniş tələb ediləcəkbackend

Bu ölkədə birdəfəlik plastik qida qablar üçün əlavə ödəniş tələb ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hollandiyadakı müəssisələr bu gündən etibarən müştərilərindən birdəfəlik plastik qablarda təqdim edilən yemək və içkilərə görə əlavə ödənişlər tələb edəcəklər.

NOCOMMENT.az xəbər verir ki, hökumətdən verilən yazılı açıqlamada, tərkibində qismən də olsa birdəfəlik plastik olan paketlərdə satılan, konservləşdirilən və ya xidmət göstərən məhsullar üçün müəssisələrin müştərilərdən əlavə ödəniş alacağı bildirilib.

Açıqlamada müştərilərin gətirdiyi qablar istifadə olunduğu və ya müəssisələrin təkrar istifadə oluna bilən plastik qab və ya qablaşdırma ilə satış etdiyi təqdirdə əlavə ödəniş alınmayacağı bildirilib.

Açıqlamada plastik qab və ya qablaşdırma üçün alınacaq əlavə ödənişin ayrıca qəbzdə göstəriləcəyi, plastik stəkanlar üçün 25 qəpik, qida qabları üçün 50 qəpik, plastik qablaşdırma üçün isə 5 qəpik alınacağı bildirilib.

NOCOMMENT.AZ