Bu ölkədə çimərliklərdə və meşələrdə siqaret çəkmək qadağan olunacaqbackend

Bu ölkədə çimərliklərdə və meşələrdə siqaret çəkmək qadağan olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransanın səhiyyə naziri Aurelien Rousseau ölkədəki çimərliklərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin internet saytında bəyanat dərc olunub.

“Siqaret Fransada hər il orta hesabla 75 min insanı öldürür. İstifadəsi səbəbiylə bir çox insanın həyatını itirir. Bu, gündə təxminən 200 ölümə bərabərdir”.

Ölkədə ilk ölüm səbəbinin siqaret olduğuna diqqət çəkən Rousseau, 2023-2027 Yeni Milli Tütünlə Mübarizə Proqramı çərçivəsində siqaret qutularının qiymətini mərhələli şəkildə artıracaqlarını açıqladı. Beləliklə, siqaret qutusunun qiyməti 2025-ci ildə 12 avroya, 2027-ci ildə isə 13 avroya yüksələcək.

Rousseau, proqram çərçivəsində çimərliklərdə, ictimai bağlarda, məktəblər kimi bəzi ictimai yerlərdə və meşələrdə siqaret çəkilməsinin qadağan ediləcəyini bildirib.