Bu ölkədə dar cins şalvar qadağan edildibackend

Bu ölkədə dar cins şalvar qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Koreya lideri Kim Çen In ölkədə bir neçə saç modeli və geyim tərzini qadağan edib.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi mətbu orqanı “Rodonq Sinmun” məlumat yayıb.

Qəzet yazır ki, Kim Çen In “çökmüş” Qərb mədəniyyətinin gənc koreyalılara mənfi təsir edəcəyindən qorxaraq, saç düzümləri ilə yanaşı, ölkədə dar cins şalvar geyiminə də qadağa qoyub.

Bundan başqa, yeni qaydalara əsasən, ölkədə rəngli saç düzümü olanlar, pirsinq edənlər cəzalandırılacaq.