Bu ölkədə dəhşətli zəlzələ baş verdi – 7.1 balbackend

Bu ölkədə dəhşətli zəlzələ baş verdi – 7.1 bal

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sakit okeanda yerləşən Yeni Zelandiyanın Kermadek adaları yaxınlığında dəhşətli zəlzələ – 7,1 bal gücündə zəlzələ baş verib.

NOCOMMENT xəbər verir ki, Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin (USGS) verdiyi açıqlamada, Sakit okeanda yerləşən və Yeni Zelandiyaya bağlı olan Kermadec adaları yaxınlığında 7,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib. Yerdən 10 kilometr dərinlikdə qeydə alınan bu şiddətli təkandan təxminən 20 dəqiqə sonra 5,4 bal gücündə afterşok da baş verib.

Amerika Sunami Xəbərdarlıq Sistemi zəlzələdən sonra sunami riskinin olmadığını açıqlayıb. Hələlik zəlzələdə can və ya mal itkisi qeydə alınmayıb.