Bu ölkədə delfinləri qorumaq üçün qərar verildibackend

Bu ölkədə delfinləri qorumaq üçün qərar verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa məhkəməsi delfinlərin sahilə çıxmasının qarşısını almaq üçün bəzi ərazilərdə ov qadağasının tətbiq edilməsinə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Fransada dərc olunan hesabata görə, qış başlayandan bəri ən azı 910 delfin Atlantik okeanı sahillərinə çıxıb.

Pelagis okeanoqrafik rəsədxanasının cümə günü açıqladığı hesabata görə isə cəmi bir həftə ərzində 400-dən çox dəniz məməlisi sahilə çıxıb, bu isə qısa müddətdə görülən ən yüksək saydır.

Dövlət Şurası rəsmi şikayətlərdən sonra sahilə çıxan delfinləri qorumaq üçün Atlantik okeanının bəzi yerlərində ovlanmağı qadağan etməyi hökumətə tapşırıb.

Qeyd edək ki, delfinlər adətən fevral və mart aylarında yemək axtarmaq üçün sahilə yaxınlaşırlar. Sahildə olan delfinlərin əksəriyyəti qayıq mühərriklərinə çırpılaraq və ya torlara və digər balıqçılıq avadanlıqlarına ilişərək yaralanır.

NOCOMMENT.AZ