Cənubi Koreyanın elm və texnologiya nazirliyi məlumat yayıb ki, ölkənin ən böyük süni intellekt məlumat mərkəzi Ulsan şəhərində inşa olunacaq.
NOCOMMENT.az xəbər verir ki, layihəyə ümumilikdə 7 trilyon von (təxminən 5,11 milyard ABŞ dolları) sərmayə qoyulacaq. Bu məbləğin 4 milyard dolları “Amazon Web Services”, qalanı isə Koreyanın “SK Group” şirkəti tərəfindən təmin ediləcək.
Məlumat mərkəzinin tikintisinə 2025-ci ilin sentyabrında başlanılacaq və 2029-cu ilə qədər 100 meqavat gücündə tam fəaliyyətə keçməsi planlaşdırılır.
“SK Group”un rəhbəri Çey Te Von bildirib ki, gələcəkdə bu mərkəzin gücü 1 giqavat səviyyəsinə çatdırılacaq və bu kompleks həm ölkənin, həm də beynəlxalq səviyyədə süni intellekt tələbatını qarşılaya biləcək qlobal bir mərkəzə çevriləcək. Prezident Li Cae Myonq və texnologiya şirkətlərinin rəhbərlərinin də qatıldığı görüşdə vurğulanıb ki, bu təşəbbüs ölkənin yüksək texnologiyalarını yalnız paytaxt bölgəsində deyil, regionlarda da inkişaf etdirmək baxımından nümunə ola bilər.
Rəsmi açıqlamadan sonra Seul birjasında süni intellektlə bağlı səhmlər yüksəlib. “SK Hynix” 3%-dən çox, “Kakao” 11%, “LG CNS” isə 9% artaraq KOSPI indeksini son 3,5 ildə ilk dəfə 3 000 bəndin üzərinə çıxarıb.\\Valyuta.az