Bu ölkədə etiraz aksiyaları zamanı 10 nəfər öldübackend

Bu ölkədə etiraz aksiyaları zamanı 10 nəfər öldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Haitidə Baş nazir Ariel Anrinin istefası tələbi ilə davam edən etiraz aksiyaları zamanı toqquşma olub.

NOCOMMENT.az xəbər verir ki, nümayişçilərlə Haiti Milli Polis qüvvələri arasında baş verən qarşıdurmalarda 10 nəfər ölüb.

Etirazlar zamanı küçələrdə silahlı müxalifət tərəfdarları da olublar. Həmin silahlı şəxslərin polis bölməsinə hücumu nəticəsində bir nəfər həlak olub.

Həmçinin paytaxt Port-o-Prinsdə hökumət binalarına hücumlar qeydə alınıb.