Bu ölkədə evdən işlə, maska ​​tax xəbərdarlığı edildibackend

Bu ölkədə evdən işlə, maska ​​tax xəbərdarlığı edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Banqkokda hava çirkliliyinin təhlükəli həddə çatması səbəbindən insanlara evdən işləmək və maska taxmaq tövsiyə olunub.

NOCOMMENT.az xəbər verir ki, “Guardian”nın verdiyi məlumata görə səlahiyyətlilər insanları şəxsi nəqliyyat vasitələri əvəzinə ictimai nəqliyyatdan istifadə etməyə, evdən işləmək və tikinti işləri kimi çirklənmə mənbələrini azaltmağa çağırıb.

Banqkok qubernatoru Çadçart Sittipunt cümə axşamı günü çirklənmənin artacağının gözlənildiyini, lakin bunun üçün məktəblərin bağlanmasını tələb etmədiyini söyləyib.

“İnsanlardan səfər planlaşdırmadan əvvəl çirklənmə səviyyəsini yoxlayaraq hazırlıqlı olmalarını xahiş edirəm. Vəziyyət pisləşərsə nəqliyyatın da məhdudlaşdırılmasına baxılacaq” deyə o əlavə edib.