Bu ölkədə əyani tədris bərpa edildibackend

Bu ölkədə əyani tədris bərpa edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən Gürcüstanda orta və ali məktəblərdə əyani dərs prosesi bərpa edilib.

NOCOMMENT.az xəbər verir ki, Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Şurasının qərarına əsasən, dərslərin siniflərdə ölkənin Səhiyyə Nazirliyinin müəyyən etdiyi tibbi protokola uyğun davam etdirilməsinə icazə verilib.

Bildirilib ki, dərs zamanı məktəblilərə tibbi maskadan istifadə məcburi olacaq.

Həmçinin ölkədə uşaq bağçaları və uşaq əyləncə mərkəzlərinin fəaliyyətinə də icazə verilib.