Bu ölkədə hava çirkliliyi insan ömrünü 9 ilə qədər qısaldırbackend

Bu ölkədə hava çirkliliyi insan ömrünü 9 ilə qədər qısaldır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda hava çirkliliyinin təhlükəli həddə çatması milyonlarla insanın ömrünü 9 ilə qədər qısalda bilər.

NOCOMMENT.az xəbər verir ki, Çikaqo Universitetinin Enerji Siyasəti İnstitutu (EPIC) tərəfindən nəşr olunan araşdırmaya görə təxminən 1,3 milyard əhalisi olan Hindistan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyən etdiyi çirklənmə səviyyəsini aşan təhlükəli ölçü ilə üz-üzədir.

Sözügedən araşdırmada, xüsusilə ölkənin qərbindəki Maharashtra əyalətində və ölkənin mərkəzi hissəsində Madhya Pradeşdə hava çirkliliyinin daha da pis həddə çatdığı bildirilib.

Araşdırmada təhlükəli həddə çatan hava çirkliliyinin milyonlarla insanın ömrünü 9 ilə qədər azalda biləcəyini vurğulayıblar.

Hindistanın paytaxtı Yeni Dehlidə də çirklənmə səviyyəsinin olduqca yüksək olduğunu ortaya qoyan araşdırmada, hava çirkliliyinin ölçüsünün ÜST meyarlarına endirilməsi ilə Yeni Dehli sakinlərinin ömrünün 10 ilə qədər arta biləcəyi də qeyd olunub.

EPIC -in araşdırmasına görə, Hindistanda olan çirkli hava təxminən 520 milyon insanın ömrünü qısaldır ki, bu da ölkə əhalisinin 40 faizinə bərabərdir.

Qeyd edək ki, Hindistan hökuməti 2024 -cü ilə qədər hava çirkliliyini 30 faiz azaltmaq üçün 2019 -cu ildə təmiz hava kampaniyasına başlayıb.