Bu ölkədə həbsxanalar doldu: Estoniyadan icarəyə götürəcəkbackend

Bu ölkədə həbsxanalar doldu: Estoniyadan icarəyə götürəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada həbsxanalardakı həddən artıq sıxlığı aradan qaldırmaq məqsədi ilə məhbuslar cəzalarını çəkmək üçün Estoniyaya göndərilə bilər.

NOCOMMENT.az xəbər verir ki, ölkənin ədliyyə naziri Şabana Mahmud və həmkarı Pakostanın bu həftə Litvanın paytaxtı Vilnüsdə keçiriləcək Avropa Şurasının iclasında məsələni müzakirə edəcəyi gözlənilir.

Plan həyata keçirilməzdən əvvəl Estoniya hökuməti bu məsələni parlamentdə müzakirə edib təsdiq etməlidir.

Böyük Britaniyada məhbusların ümumi sayının 2027-ci ilin martına qədər 89000-dən 106300-ə qədər artacağı gözlənilir.

Rəsmilər danışıqların xərclərin artmasına səbəb olacağını proqnozlaşdırır. Vergi ödəyicilərinin məhbusların ailələrinin ziyarət xərclərini ödəyib-ödəməyəcəyi isə hələ də bəlli deyil.