Bu ölkədə ilk dəfə qadın prezident seçildibackend

Bu ölkədə ilk dəfə qadın prezident seçildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Makedoniya tarixində ilk dəfə qadın prezident seçilib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin aparıcı müxalifət partiyası olan “Makedoniya Milli Birliyinin Demokrati Partiyası”nın namizədi Qordana Silyanovska-Davkova mayın 8-də keçirilən prezident seçkisinin ikinci turunda səslərin 99,75 %-ni emalından sonra 65,14 %-lə öndədir.

Ölkənin Dövlət Seçki Komissiyasının məlumatına əsasən, seçicilərin 29,25 %-i “Makedoniya Sosial Demokrat İttifaqı”nın dəstəklədiyi hazırkı prezident Stevo Pendarovskiyə səs verib. Qordana Silyanovska-Davkova artıq mətbuat konfransı keçirib.

O, seçicilərə dəstəyə görə təşəkkür edib və bu andan etibarən respublikanın bütün vətəndaşlarının prezidenti kimi çıxış edəcəyini bəyan edib.