Bu ölkədə koronavirus məhdudiyyətlərinə son qoyulacaqbackend

Bu ölkədə koronavirus məhdudiyyətlərinə son qoyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanada hökuməti oktyabrın 1-dən etibarən koronavirus pandemiyası ilə əlaqədar səyahət məhdudiyyətlərini aradan qaldırır.

NOCOMMENT.az xarici mətbuata istinadən xəbər verir ki, Kanada hökumətinin rəsmi saytında COVID-19 ilə bağlı bütün giriş məhdudiyyətlərinin qaldırıldığı məlumat verilib.

Habelə Kanadaya daxil olanlar üçün sınaq, karantin və təcrid tələbləri də ləğv edilir. Səyahətçilərin ölkəyə gəldikdən sonra COVID-19 simptomlarını izləmək və ya məlumat vermək lazım olmayacaq.

Səyahətçilərdən artıq təyyarələrdə və qatarlarda maska ​​taxmaq, hava və dəmir yolu səyahətləri üçün sağlamlıq müayinəsindən keçmək tələb olunmadığı bildirilir.

Hökumət bu qərara peyvəndləmə göstəriciləri, xəstələnmə və ölüm hallarının azalmasının səbəb olduğunu bildirib.