Keçən həftə Yunanıstanın Thessaly bölgəsində baş verən daşqınlar səbəbilə ibtidai və orta məktəblərdə təhsil daha bir həftə təxirə salınıb.
NOCOMMENT.az xəbər verir ki, Təhsil, Din və İdman Nazirliyi və Thessaly Region Qubernatorluğu tərəfindən qəbul edilən birgə qərara əsasən, dərslərin başlama tarixi 22 sentyabra qədər təxirə salınıb.
Beləliklə, məktəblərə sentyabrın 25-dən start veriləcək.