Serbiya prezidenti Aleksandr Vuçiç respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsi tarixini dekabrın 17-ni rəsmən təsdiqləyib və parlamenti buraxıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
“Mən Serbiya Respublikasının Xalq Məclisinin (red. birpalatalı parlament) buraxılması haqqında fərman verirəm. 2022-ci il aprelin 3-də seçilmiş parlamenti buraxıram”, – Vuçiç xalqa müraciətində deyib.
Onun sözlərinə görə, deputat seçkiləri 2023-cü il dekabrın 17-nə təyin edilib.