Bu ölkədə ölüm hökmü bərpa olunacaq – Tənəffüsü dayandıran xüsusi preparatlabackend

Bu ölkədə ölüm hökmü bərpa olunacaq – Tənəffüsü dayandıran xüsusi preparatla

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ federal hökuməti təxminən 20 illik fasilədən sonra ölüm hökmünün icrasını iyul ayında bərpa etmək niyyətindədir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyinin saytında məlumat verilib.

Qurumdan bildirilib ki, ABŞ-ın Baş prokuroru Uilyam Barr Federal Həbsxana Bürosuna qətl törətmiş dörd məhbusun (onlardan ikisi uşaq zorlamaqda təqsirli bilinib) ölüm hökmünün icrası üçün vaxt təyin etməyi tapşırıb.

Bu məhbusların ölüm hökmünün icrası 13, 15, 17 iyul və 28 avqust tarixlərinə planlaşdırılıb.

Ölüm hökmü yüksək dozada qəbul zamanı tənəffüsün dayanmasına səbəb olan preparatın istifadəsi ilə icra olunacaq.
Oxu.az