Bu ölkədə ölüm hökmü LƏĞV EDİLDİbackend

Bu ölkədə ölüm hökmü LƏĞV EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zimbabve Prezidenti Emmerson Mnanqaqva ölüm hökmünü rəsmən ləğv edib.

NOCOMMENT.az xəbər verir ki, prezident ölüm hökmündə olan 60-a yaxın məhbusun cəzasını həbs cəzası ilə əvəz edəcək qanun layihəsi imzalayıb.

Sonuncu edam 2005-ci ildə həyata keçirilib.Zimbabve lideri 2017-ci ildən bəri edam cəzasına qarşı olduğunu açıq şəkildə ifadə edir.

Prezident Mnanqaqva 1960-cı illərdə Zimbabvenin müstəqillik müharibəsi zamanı ölüm cəzası ilə üzləşmişdi.Belə ki, o, ölkəsinin azadlıq müharibəsi zamanı qatarı partlatdığına görə ölüm cəzası alıb, lakin bu cəza daha sonra 10 illik həbslə dəyişdirilib. O, müxtəlif məhbusların ölüm hökmlərini ömürlük həbslə əvəz etmək üçün bir neçə dəfə prezident səlahiyyətlərindən istifadə edib.\\Sfera.az