Bu ölkədə orduya “İphone” və “İpad” qadağan EDİLDİbackend

Bu ölkədə orduya “İphone” və “İpad” qadağan EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu son zamanlar artan casusluq hadisələrinin qarşısını almaq üçün fəaliyyətini həyata keçirərkən iPhone və iPad istifadəsini qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, Rusiyanın Rəqəmsal İnkişaf Nazirliyi əməkdaşlarına “Apple iPhone” və “iPad”lərdən biznes məqsədləri üçün istifadə etməyi qadağan edib.

Müvafiq olaraq, Rusiya ordusunda xidmət edən şəxslərə də hərbi fəaliyyətlər zamanı “iPhone”dan istifadə qadağan edilib.

“Smartfon və planşetlərə, biznes proqramlarına və işgüzar e-poçt mübadiləsinə daxil olmaq üçün (Apple) mobil cihazlarından istifadə qadağan edilib”, – deyə məlumatda bildirilib.