Bu ölkədə peyvənddən imtina edənlər cərimələnəcəklərbackend

Bu ölkədə peyvənddən imtina edənlər cərimələnəcəklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın 50 yaşdan yuxarı sakinləri koronavirusa qarşı peyvənd olunmaqdan imtina etdiklərinə görə 100 avro cərimə ödəməli olacaqlar.

Bundan əvvəl İtaliya hökuməti respublikada yaşayan və yaşı 50-dən yuxarı olanlar üçün məcburi peyvənd tətbiq etmək qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Şurasının mətbuat xidmətinin məlumatına görə, bu cərimədən əlavə, peyvənddən imtina edənləri başqa sanksiyalar da gözləyir.

Xüsusilə, 50 yaşdan yuxarı bütün işçilər peyvənd sertifikatı və ya xəstəliyə yoluxaraq sağaldığı haqqında sənəd təqdim etməlidir. Bundan əlavə, COVİD-sertifikatı olmayan işçi müəyyən edildikdə o 600-1500 avro məbləğndə cərimə oluna bilər.