Bu ölkədə prezident sarayına hücum oldu – Şiddətli döyüşlər GEDİRbackend

Bu ölkədə prezident sarayına hücum oldu – Şiddətli döyüşlər GEDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın 8-də Haitinin paytaxtı Port-o-Prinsdə Milli Saray (prezidentin iqamətgahı) yaxınlığında atışma baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə EFE agentliyi məlumat yayıb.

Qeyd olunub ki, şəhərdə arabir atəş səsləri eşidilir.

Məlumata görə, silah səsləri bütün Port-o-Prinsdə eşidilib, lakin ən güclü atışma cənub-qərb bölgələrində olub.

Agentlik hadisə şahidlərinə istinadən bildirir ki, silahlı qruplar şəhərin mərkəzindəki polis məntəqələrini ələ keçirməyə cəhd ediblər.

Xatırladaq ki, martın 3-də silahlı qruplar Haitinin Port-o-Prinsdəki əsas həbsxanasına hücum edərək yüzlərlə məhbusu azadlığa buraxıblar. Martın 4-də ölkə hakimiyyəti paytaxtda fövqəladə vəziyyət və komendant saatı tətbiq edib. Martın 5-də silahlı dəstələr Haitidə hava limanını ələ keçirməyə cəhd ediblər. Martın 7-dən 8-nə keçən gecə isə Haitinin əsas limanı fəaliyyətini dayandırıb.

Musavat.com