Bu ölkədə Ronaldunun heykəli ucaldıldı – FOTObackend

Bu ölkədə Ronaldunun heykəli ucaldıldı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda İngiltərə “Mançester Yunayted”inin və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldunun heykəli ucaldılıb.

NOCOMMENT.az “Times of India” nəşrinə istinadən xəbər verir ki, Qoa ştatının Kalanqut şəhərindəki heykəlin qiyməti təxminən 15 000 avro, çəkisi isə 400 kq-dan çoxdur.

Qoa ştatının naziri Maykl Lobo heykəlin fotolarını paylaşıb. O, gənclərin xahişini nəzərə alaraq və onları futbolda yeni zirvələrə aparmağa ruhlandırmaq üçün Ronaldunun heykəlinin quraşdırıldığını bildirib: “Bir çoxları bu heykəlin qoyulmasından narazı idi. Tənqidçilərin fikrincə, Hindistandan olan idmançını hakimiyyət əbədiləşdirməli idi”.

Qeyd edə ki, Qoa Portuqaliyanın koloniyası olub, lakin 60 il əvvəl Hindistan oranı ilhaq edib.