Bu ölkədə Rusiyaya dəstək mitinqi oldubackend

Bu ölkədə Rusiyaya dəstək mitinqi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiprin Limassol şəhərində Rusiya Federasiyasının Ukraynada keçirdiyi xüsusi hərbi əməliyyata dəstək məqsədilə kütləvi aksiya keçirilib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Tədbir Larnaka və Limassol şəhərlərinin bələdiyyə orqanlarının icazəsi ilə keçirilib. Kiprdəki Rus Həmvətənlərinin Koordinasiya Şurası tərəfindən adanın ictimai təşkilatları və fəallarının dəstəyi ilə təşkil olunub. Verilən məlumata görə, sürücülərin və sərnişinlərin əlində Rusiya, Kipr və Yunanıstan bayraqları olan avtomobil karvanı Larnaka şəhərindən qərb istiqamətində hərəkət edib.