Bu ölkədə “TikTok” və “WeChat” qadağan edildibackend

Bu ölkədə “TikTok” və “WeChat” qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistan hökuməti ölkə ərazisində 59 mobil tətbiqin, o cümlədən “TikTok”, “UC Brauzer” brauzeri və Çinin sosial şəbəkəsi olan “WeChat” messencerinin istifadəsinə qadağa qoyub.

NOCOMMENT.az RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Siyahıya Hindistanın suverenliyi və ərazi bütövlüyü, ölkənin müdafiəsi, dövlət təhlükəsizliyi və asayişi üçün zərərli tətbiqlər daxil edilib. Əsasən Çində hazırlanan tətbiqlər həm mobil, həm də digər cihazlarda da bloklanacaq.

Həmçinin “Kwai”, “Baidu map”, “Clash of Kings”, “Mi Community”, “Club Factory”, “UC News”, “Weibo”, “QQ Music”, “Mobile Legends” kimi Çin tətbiqetmələri də siyahıya daxil edilib.