Bu ölkədə toy etməyə icazə verildibackend

Bu ölkədə toy etməyə icazə verildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 17-də Tacikistanın Baş naziri Kohir Rasulzodın başçılığı ilə COVID-19-un yayılmasının qarşısını almaq üçün epidemiya əleyhinə tədbirlərin gücləndirilməsinə dair Respublika qərargahının növbəti iclası keçirilib.

NOCOMMENT.az Konkret.az-a istinadən xəbər verir ki, görüş zamanı Respublika Qərargahı qərara gəlib ki, restoran və yeməkxanalarda yüzə qədər dəvət olunmuş şəxslə toyun keçirilməsinə, o cümlədən, sanitar normalara uyğun olaraq təntənəli bir tədbirin keçirilməsinə icazə verilsin.

İyulun 1-dən etibarən Dubay və Özbəkistana beynəlxalq reyslər açılacaq. Bütün sərnişinlərdən tibbi arayış tələb olunur. Respublika baş idarəsi ilə razılaşdırılaraq beynəlxalq aviaşirkətlərdə mal və məhsulların daşınması üçün tranzit və çarter reysləri də həyata keçirilir.

Mülki Aviasiya Agentliyinə Rusiya, Türkiyə və Çinə uçuşların təşkilini öyrənmək tapşırılıb.