Bu ölkədə uşaqların mənəvi və əxlaqi inkişafına zərər verən paylaşımlar qadağan edildibackend

Bu ölkədə uşaqların mənəvi və əxlaqi inkişafına zərər verən paylaşımlar qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırğızıstanda uşaqların mənəvi və əxlaqi strukturlarına zərər verən paylaşımların qadağan edildiyi bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Prezidentin Mətbuat Mərkəzindən verilən məlumata görə, prezident Sadir Çaparov uşaqların sağlamlığına, fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına mənfi təsir göstərməməsi üçün tədbirləri özündə əks etdirən qanunu təsdiqləyib.

Müvafiq olaraq, kütləvi informasiya vasitələrində, o cümlədən internetdə ailə və ənənəvi dəyərlərin rədd edilməsinə səbəb ola biləcək, uşaqların mənəvi-əxlaqi quruluşuna xələl gətirə biləcək, valideynlərə və ailə üzvlərinə hörmətsizliyə səbəb ola biləcək məzmunun yayılması qadağan edilib.

NOCOMMENT.AZ