Bu ölkədəki səfirimiz geri çağırılıb, yerinə yeni səfir təyin edilibbackend

Bu ölkədəki səfirimiz geri çağırılıb, yerinə yeni səfir təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hidayət Xuduş oğlu Orucov Azərbaycan Respublikasının Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

NOCOMMENT xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, H.Orucov 2012-ci ildə Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdi.

Prezident İlham Əliyevin digər sərəncamı ilə Lətif Seyfəddin oğlu Qəndilov Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Qeyd edək ki, L.Qəndilov bu ilin iyulunda Azərbaycanın Belarusdakı səfiri vəzifəsindən geri çağırılmışdı.