Bu ölkədən 40 həkim Xankəndiyə gəlməyə hazırlaşırbackend

Bu ölkədən 40 həkim Xankəndiyə gəlməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyadan olan həkimlər Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə qanunsuz səfərə hazırlaşır.

NOCOMMENT.az xəbər verir ki, bu barədə separatçı-terrorçu rejimə bağlı “media” məlumat yayıb.

Məlumata görə, 40 ispan həkim 19-23 sentyabr tarixində Xankəndidə olacaq, plastik cərrahiyyə, uşaq cərrahiyyəsi və ümumi cərrahiyyə üzrə əməliyyatlar keçirəcək, eləcə də kordiologiya, urologiya və stomatologiya üzrə müayinələr aparacaq.

Qeyd edək ki, ispaniyalı həkimlərin planlaşdırılan səfəri qeyri-qanunidir. Publika.az