Bu ölkələr delimitasiya ilə bağlı protokol imzaladıbackend

Bu ölkələr delimitasiya ilə bağlı protokol imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özbəkistan və Türkmənistanın sərhəd delimitasiya-demarkasiyası üzrə hökumətlərarası komissiyanın işçi qrupu toplantı keçirib.

NOCOMMENT Modern.az-a istinadən xəbər verir ki, bu barədə “Kun.uz” məlumat yayıb.

Bildirilib ki, yanvarın 16-21-də tərəflər Özbəkistan və Türkmənistan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə hökumətlərarası komissiyanın birgə iclasına hazırlıq məsələlərini nəzərdən keçiriblər.

O cümlədən dövlət sərhədinin demarkasiyasına dair normativ-hüquqi və texniki sənədlərin layihələrinə baxılaraq razılaşdırılıb. Həmçinin toplantıda işçi qrupların 2023-cü il üçün iclaslarının təqvimi razılaşdırılıb. Danışıqların yekunu olaraq protokol imzalanıb.