Bu ölkələr Ukrayna ilə hədə-qorxu yox, “drujba” dilində danışmalıdır, əks halda…backend

Bu ölkələr Ukrayna ilə hədə-qorxu yox, “drujba” dilində danışmalıdır, əks halda…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Macarıstanın Baş naziri Viktor Orban və Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna Prezidenti Volodimir Zelenskini şantaj edirdilər ki, “Drujba” kəməri ilə Rusiya neftinin nəqlini bərpa etməsə, Ukraynaya verdikləri elektrik enerjisini kəsəcəklər.

Ukrayna isə bu şantaja Rusiyanın Tatarıstan Respublikasındakı Kaleykino neft nəqli (nasos) stansiyasına zərbə endirməklə cavab verib. Bu, dövlətlər arasında gərginliyi artırıb.

Şahin Cəfərli

Məsələ haqda NOCOMMENT.az-a danışan politoloq Şahin Cəfərli deyib ki, Orban və Fitso Zelenskini şantaj edirdilər ki, “Drujba” kəməri ilə Rusiya neftinin nəqlini bərpa etməsə, Ukraynaya verdikləri elektrik enerjisini kəsəcəklər:

“Ukrayna isə bu şantaja Tatarıstandakı Kaleykino neft nəqli stansiyasına zərbə endirməklə cavab verib. Bu stansiyadan “Drujba” kəmərinə, neftayırma zavodlarına və ixrac terminallarına ildə 100 milyon tona qədər neft nəql edilir. İndi kəmərə neft gəlmirsə, kəməri bərpa etməyə nə ehtiyac var?..”

“Macarıstan və Slovakiya Ukrayna ilə hədə-qorxu dili ilə deyil, ‘drujba’ ruhunda danışmağı öyrənsələr, daha məqsədəuyğun olar. Dörd ildir güclü Rusiyaya qarşı müqavimət göstərən bir ölkə 1956 və 1968-ci illərin dərslərini unudaraq ümumavropa mənafeyinə zidd mövqe tutan və Kremlin maraqlarına xidmət edən siyasi cırtdanlardan niyə qorxsun?!”.

Tunar

NOCOMMENT.az