Bu ölkələrdə “Barbie” filmi qadağan edildibackend

Bu ölkələrdə “Barbie” filmi qadağan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Küveyt hakimiyyəti ictimai əxlaqı və sosial adətləri qorumaq məqsədilə “Barbie” və “Talk to Me” filmlərini qadağan edib.

NOCOMMENT.az xəbər verir ki, ölkənin rəsmi xəbər agentliyi “KUNA”da yer alan xəbərə görə, İnformasiya Nazirliyi Mətbuat və Nəşr Müşavirinin müavini və Kino Filmlərinə Nəzarət Komitəsinin rəhbəri Lafi əs-Sabii “Barbie” və “Talk to Me” filmlərinin nümayiş olunmayacağını bildirib.

“Komitə filmin nümayişinə icazə verməzdən əvvəl narahatedici səhnələrin silinməsini tələb edir. Əgər filmdə cəmiyyətin dəyərlərinə uyğun olmayan mesaj varsa, onun yayımlanması qadağandır. Bu, eyni məzmunlu istənilən filmə aiddir. Bu filmlər xalqımızın dəyərlərinə, adət-ənənələrinə uyğun gəlmir”, – deyə o qeyd edib.

Həmçinin, Livanda da “Barbie” filminin “əxlaqi və dini” dəyərləri pozduğu və homoseksuallığı ön plana çıxardığı səbəbilə yayımlanmayacağını açıqlayıb.