Bu ölkələrin liderləri COP29-a dəvət edildibackend

Bu ölkələrin liderləri COP29-a dəvət edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin bir sıra ölkə liderlərinə ünvanladığı COP29-a dəvət məktubları dünya təşkilatındakı həmkarlarına çatdırılıb.

NOCOMMENT.az qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə Azərbaycanın BMT yanındakı daimi nümayəndəliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, COP29-a hazırlığın tam davam etməsi fonunda Azərbaycan Prezidentinin Salvador, Liviya, Mikroneziya, Yeni Zelandiya, Nikaraqua, Palau, Seneqal, Seyşel adaları, Suriya, Tuvalu, Vanuatu və Venesuelanın dövlət və hökumət başçılarına ünvanladığı dəvət məktubları Azərbaycanın daimi nümayəndəsi tərəfindən Nyu-Yorkda BMT Baş Qərargahında akkreditə olunmuş həmkarlarına çatdırılıb.