Bu ölkənin prezidenti karantinə alındıbackend

Bu ölkənin prezidenti karantinə alındı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qana prezidenti Akuffo-Addo yaxın ətraflarından birində koronavirus aşkar edildikdən sonra özünü karantinə alıb.

NOCOMMENT xarici KİV-ə istinadən xəbər verir ki, Qana İnformasiya Naziri Kojo Oppong Nkrumah, bu gün Prezident Nana Akuffo-Addonun ətrafındakı insanlardan birində “COVID-19” infeksiyaya yoluxması səbəbiylə karantində olduğunu bildirib.

“Prezident Akuffo-Addonun “COVID-19” sınağı mənfi oldu, ancaq antivirus tədbirləri çərçivəsində bu gündən etibarən 14 gün müddətində karantinə alındı”, – deyə nazir bildirib.

Nazir Nkrumah bu müddət ərzində Akuffo-Addonun evindən işləyəcəyini söyləyib.

Unikal