Madaqaskarın CAPSAT quru qoşunlarının silahlı bölmələri ölkənin paytaxtı Antananarivuya daxil olub.
NOCOMMENT.az xəbər verir ki, əsgərlərlə hökumət qüvvələri arasında qısamüddətli atışma olub.
Qoşunlar simvolik məkan olan 13 May Meydanını ələ keçiriblər. Sakinlər isə üsyançıları azadlıq ordusunun əsgərləri kimi qarşılayıblar.
Bəzi mənbələr prezident Henri Rajoelinanın paytaxtı tərk etdiyini bildirsələr də, hələlik rəsmi təsdiq yoxdur.
Qeyd edək ki, daha əvvəl Madaqaskar Gen Z hərəkatının iştirakçıları su, elektrik enerjisi və səhiyyə xidmətlərinə çıxışın yaxşılaşdırılmasını, həmçinin korrupsiyaya son qoyulmasını tələb edirdilər. Lakin küçələrdə zorakılıqdan sonra etirazlar siyasi müstəviyə keçdi və nümayişçilər 51 yaşlı prezident Rajoelinanın istefasını tələb etməyə başladılar.
Hazırda Madaqaskarda vəziyyət son dərəcə gərgin olaraq qalır və ordu ilə hökumət qüvvələri arasındakı qarşıdurmanın nəticəsi hələ də gözlənilməzdir.