Bu olmasa əməliyyatlar genişlənəcək – İsrail vaxt qoydubackend

Bu olmasa əməliyyatlar genişlənəcək – İsrail vaxt qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Martın ilk ongünlüyünün sonu və Ramazan ayının əvvəlində radikalların əlində olan girovlar azad olunmasa, İsrail Qəzza zolağında hərbi əməliyyatını ölkənin cənubundakı Rəfah şəhərinə qədər genişləndirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İsrailin müdafiə naziri Benni Qantz söyləyib. O, bunu koordinasiyalı şəkildə edəcəklərini deyib.

Dinc əhalinin tələfatını minimuma endirmək üçün isə amerikalı və misirli tərəfdaşları ilə dialoq əsasında mülki şəxslərin təxliyyəsini asanlaşdıracaqlarını vurğulayıb. Rəfah hücumunun dəyərinin çox baha başa gələcəyini düşünənlərə də açıq mesaj verib.

Bəyan edib ki, HƏMAS-ın seçimi var: onlar təslim olub girovları azad edə, sonra qəzzalılar müqəddəs Ramazan bayramını qeyd edə bilərlər.