Alimlər taksi və təcili yardım şoferlərinin davamlı olaraq marşrut hesablamalarının Alzheimer xəstəliyinə qarşı qoruyucu təsir yaratdığını müəyyən edib. Harvard Universiteti tərəfindən aparılan araşdırmada, taksi şoferlərinin Alzheimerdan ölüm nisbətinin ölkə üzrə orta göstəricidən xeyli aşağı olduğu aşkar edilib.
NOCOMMENT.az-ın xarici mətbuata istinadən məlumatına görə, alimlər taksi və təcili yardım şoferlərinin davamlı marşrut hesablamasının Alzheimerə qarşı qoruyucu təsir yaratdığını ortaya qoyub. Harvard Universitetinin apardığı araşdırma maraqlı nəticələr təqdim edib.
ABŞ-də aparılan araşdırmanın ölüm qeydlərinin analizində, taksi şoferlərinin Alzheimerdən ölüm nisbəti 1.03% olaraq müəyyən edilib. Bu nisbət ölkə üzrə 3.9% olan orta göstəricidən xeyli aşağıdır. Təcili yardım şoferlərində isə bu nisbət daha da aşağıdır: 0.74%.
Əvvəlcə Londonda taksi şoferləri üzərində aparılan bir araşdırma da oxşar nəticələr göstərmişdi. Londonlu taksi şoferlərinin yaddaş mərkəzi olan hipokampus bölgəsinin xüsusilə inkişaf etdiyi müəyyən edilmişdi.
Harvard Universitetindən Dr. Anupam Jena “Navigasiya və məkanla bağlı fəaliyyətlərin tez-tez istifadəsi beynə qoruyucu təsir göstərə bilər” deyə bildirib.
Lakin UK Demensiya Araşdırma İnstitutundan Prof. Tara Spires-Jones fərqli bir yanaşma sərgiləyib: “Araşdırmadakı şoferlərin ortalama ölüm yaşı 64-67 ikən, digər peşələrdə bu 74-dür. Daha uzun yaşasaydılar, Alzheimer görülə bilərdi.”
Mütəxəssislər zehni fəaliyyətin az olmasının Alzheimer riskini artırdığını və xəstəliyin demensiyanın əsas səbəbi olduğunu vurğulayır.\\Milli.Az