Bu prospektdə təmir işləri aparılacaq – Sürücülərin nəzərinə!backend

Bu prospektdə təmir işləri aparılacaq – Sürücülərin nəzərinə!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhəri, Nərimanov rayonu, Məmməd Araz küçəsinin Azadlıq prospektindən Atatürk prospektinədək olan hissəsində aparılacaq təmir işləri ilə əlaqədar olaraq, 2 avqust saat 08:00-dan 3 avqust saat 22:00-dək nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

NOCOMMENT.az bildirir ki, bu barədə  Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

“Aparılacaq cari təmir işləri ilə əlaqədar olaraq, sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur”, – məlumatda qeyd olunub.