Bu, Putinin əlini daha da gücləndirir – Sunakbackend

Bu, Putinin əlini daha da gücləndirir – Sunak

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyalı siyasətçi Nigel Faragenin Ukrayna-Rusiya müharibəsinə Qərbin təşviq etdiyi ilə bağlı dedikləri tamamilə səhvdir.

NOCOMMENT.az xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Rişi Sunak deyib.

O bildirib ki, N.Farage Ukrayna ərazisində Qərbin təxribat törətdiyini deməklə Putinin əlini gücləndirib:

“Onun dedikləri həqiqətdən tamamilə uzaqdır və yalnız Putinin işinə yaradı. O, Şimali Koreya kimi ölkələrlə sövdələşmələr aparan, Britaniya küçələrində agentlər yerləşdirən bir adamdır. Bu cür şərhlər Britaniyanın, o cümlədən bizə arxalanan müttəfiqlərimizin təhlükəsizliyi üçün təhlükəlidir və Putini daha da gücləndirir”.