Bu qida qadınlarda xərçəng riskini artırırbackend

Bu qida qadınlarda xərçəng riskini artırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qırmızı ətdən tez-tez istifadə qadınlarda onkoloji xəstəliklərə şərait yaradır. Bunu uzun müddət aparılan araşdırmalardan sonra ingilis alimləri açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, mütəxəssislər insan orqanizması üçün önəmli olan qırmızı ətdən qadınların həddindən artıq istifadə etməməsini məsləhət görürlər. 17 il ərzində 32 min qadın arasında aparılan araşdırmalardan sonra məlum olub ki, qırmızı ətdən istifadə bağırsaq xərçəngi riskini artırır. Bildirilir ki, ailəsində bağırsaq xərçənginə rastlanılan qadınlar qırmızı ətin istifadəsini minimum səviyyəyə endirməlidir.

Qeyd edək ki, qırmızı ət bir çox faydalı maddələri özündə birləşdrir. Sadəcə bu qidanı öz menyunuzdan çıxarmadan həftədə 2-3 dəfə istifadə edə bilərsiniz.