Bu qidalara diqqət edin – Cəmi 30 gün ərzində…backend

Bu qidalara diqqət edin – Cəmi 30 gün ərzində…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaraciyər insan orqanizminin ən vacib orqanlarından biridir. Bu, bir çox həyati funksiyaların harmoniyada işləməsinə imkan verir. Mütəxəssislər deyirlər ki, sağlam həyat üçün qaraciyər də sağlam olmalıdır.

NOCOMMENT xəbər verir ki, qaraciyəri yağlandıran və yorğunlaşdıran qidalardan uzaq durmaq lazım olduğunu deyən mütəxəssislər qaraciyəri bərpa edən qidaları da açıqlayıb.

Ən yaxşı antioksidantlardan biri olan sarımsaq qaraciyərin bərpasında çox vacib bir qidadır. Sarımsaq qaraciyər fermentlərini aktivləşdirir və bədəndən toksinlərin çıxarılmasına kömək edir.

Sağlam yağ qəbulu üçün ən uyğun tərəvəz olaraq bilinən avokado, xüsusilə tərkibindəki omeqa 6 ilə qaraciyərin yenilənməsini təmin edir və hüceyrələrin bərpasına kömək edir.

Sağlam qaraciyər üçün başqa bir əvəzedilməz qida üzümdür. Həm üzümün özü, həm də toxumu qaraciyərin sağlamlığı üçün vacibdir.

Qaraciyərin sağlamlığı üçün gündə 2-3 litr su içmək lazımdır. İçdiyiniz suya az miqdarda zerdeçal əlavə edə bilərsiniz. Qaraciyər yağlanmasına qarşı gündəlik 30 dəqiqəlik gəzintiləri laqeyd yanaşmaq olmaz.