Bu qidaları axşam saatlarında yeməyinbackend

Bu qidaları axşam saatlarında yeməyin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adətən axşam saatlarında metabolizma yavaşlayaraq alınan kalorilər daha gec itirilir. Məhz buna görə də axşam vaxtı yemək yeməyi düzgün hesab etməyən mütəxəssislər çox məcbur qaldıqda heç olmasa bəzi qidalardan uzaq durmağı məsləhət görürlər.

NOCOMMENT.az orqanizmə  yağ şəklində yerləşən qidaları sizə təqdim edir.

Acı şokolad– bu ləzzətli qidada olan şəkər yağ halında qarın və bel bölgəsində toplanır.

Kahı– tərkibində olan lif sizdə köp əmələ gətirə bilər.

Keçi pendiri – doymuş yağla zəngin olan bu qida mədənizin yanmasına səbəb ola bilər. Bu da yuxu rejiminizin pozulması ilə nəticələnəcək.

Ağ çörək– adətən bu növ çörəyi yedikdən bir müddətdən sonra aclıq hiss yenidən qayıdır.

Acı bibər – Mədədə turşuluq səviyyəsini artıraraq sağlıqlı yuxuya mane olur.

Makaron – Olduqca kalorili olan bu yeməyin əvəzinə tərəvəzlərə üstünlük verməyiniz daha yaxşı olardı.