Bu qurum bayram günlərində növbəli rejimdə işləyəcəkbackend

Bu qurum bayram günlərində növbəli rejimdə işləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC Qurban bayramı günlərində növbəli iş rejimində fəaliyyət göstərəcək.

Bu barədə NOCOMMENT.az -a qurumdan məlumat verilib.

Belə ki, 18 iyul tarixində Bakı şəhəri üzrə Mərkəzi Poçt Şöbəsi, 2 saylı poçt filialının 138, 144 , 3 saylı poçt filialının 2 (MXŞ), 40, 4 saylı poçt filialının 44, 5 saylı poçt filialının 63 (MXŞ), 6 saylı poçt filialının 124 sayli poçt şöbələri saat 10:00-dan 17:00-dək xidmət göstərəcək.

19, 20 və 21 iyul tarixləridnə Bakı şəhəri üzrə yuxarıda qeyd olunan poçt şöbələrindən əlavə 1 saylı poçt filialının 1, 66, 2 saylı poçt filialının 17,117, 122, 3 saylı poçt filialının 104, 133, 142, 149, 4 saylı poçt filialının 39, 42, 77, 89, 90, 5 saylı poçt filialının 3, 83 6 saylı poçt filialının 52, 53, 54,72 saylı poçt şöbələri saat 10:00-dan 17:00-a qədər işləyəcək.

18-21 iyul tarixlərində regionlardakı mərkəzi xidmət şöbələri saat 10.00-dan 17.00-a qədər, digər poçt şöbələri isə istehsalat zərurətilə əlaqədar növbəli iş rejimində vətəndaşlara xidmət göstərəcək.

Adi günlərdə olduğu kimi, bayram günlərində də poçt şöbələrində əhaliyə poçt-maliyyə xidmətlərinin göstərilməsi – teleqramlar, məktublar, banderollar, bağlamalar, xüsusilə də bayram təbrikləri, əsgər göndərişləri, eləcə də pul köçürmələrinin ünvanı üzrə çatdırılması, kommunal xidmət haqlarının yığılması təmin ediləcək.