KoronaVirus İnformasiya Portalı
Bu qurumlar lisenziya almayacaq – QƏRARbackend

Bu qurumlar lisenziya almayacaq – QƏRAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirlər Kabineti “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli və “Təhsil müəssisələrinin akkreditasiyası Qaydaları”nın təsdiq edilməsi haqqında” 2010-cu il 28 sentyabr tarixli 167 nömrəli qərarlarında dəyişiklik edilməsi barədə qərar verib.

NOCOMMENT.az xəbər verir ki, Nazirlər Kabineti qərarın Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 iyun tarixli 1056 nömrəli fərmanının qəbul edilməsi ilə bağlı hazırlandığını bildirir.

İzahda vurğulanıb ki, “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli qanunu ilə Azərbaycan Respublikasının “Təhsil haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarına edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinə fəaliyyət göstərmələri üçün lisenziya alınması tələb olunmur.