Bu rayon və kəndlər qazsız qaldıbackend

Bu rayon və kəndlər qazsız qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gecə saatlarında ağır yük avtomobili qəza törədərək Biləsuvar rayonunun Xırmandalı, Yuxarı Ağalı kəndi istiqamətində diametri 225 mm olan qaz xəttinin 108 mm diametrində çıxışını zədələyib.

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən NOCOMMENT-ə verilən məlumata görə, , qəza səbəbindən rayonun Xırmandalı, Bəydili, Muğan, Yuxarı Ağalı kəndlərinin və rayon mərkəzinin bir hissəsinin qaz təminatında fasilə yaranıb. Artıq fəsadlar aradan qaldırılır və qısa zamanda qaz təchizatı bərpa olunacaq.