Bu rayonda qaz olmayacaqbackend

Bu rayonda qaz olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə NOCOMMENT.aza Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından oktyabrın 27-də saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.