Bu rayonlarda çörəyin qiyməti BAHALAŞDIbackend

Bu rayonlarda çörəyin qiyməti BAHALAŞDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmaz və Qubada çörək bahalaşıb.

NOCOMMENT apa-ya istinadən məlumat verir ki, bu gün səhər mağazalarda çörəyin satış qiyməti 40 qəpik deyil, 50 qəpik olub. Satıcıların sözlərinə görə, əvvəllər 40 qəpiyə satdıqları çörəyin topdanalış qiyməti bu gün istehsalçı tərəfindən mağazalara 45 qəpiyə verilib. Pərakəndə satış qiyməti isə 50 qəpik müəyyənləşdirilib.

Qiymət artımının əsas səbəbi kimi çörəyin çəkisinin artması göstərilib.

Qeyd edək ki, Azərbaycanda çörəyin qiyməti liberaldır və bazar tərəfindən tənzimlənir.