Bu rayonların elektrik xətlərində qəzalar baş veribbackend

Bu rayonların elektrik xətlərində qəzalar baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın regionlarında havanın qarlı-şaxtalı keçməsi Yardımlı və Lerik rayonlarında elektrik xətlərində qəzalara səbəb olub.

NOCOMMENT xəbər verir ki, hazırda “Azərişıq” ASC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışaraq qəzaların nəticələrini aradan qaldırır.

Bununla bağlı yayılmış videogörüntülərdən aydın olur ki, Yardımlıda “Azərişıq” əməkdaşları 1 metrdən çox hündürlüyü olan qarın içində rayonun Dağ üzü kəndinə gedən yüksəkgərginlikli xətdə baş verən qəzanı aradan qaldırmağa çalışırlar. Məlum hava şəraiti səbəbindən həmin ərazidə avtomobillərin hərəkəti məhdudlaşıb.

Lerikdə isə 35/10 kV-luq yarımstansiyadan çıxan elektrik xəttində kəsinti ilə bağlı qurumun əməkdaşları səfərbər edilib və qəzanın nəticələrini aradan qaldırır.