Bu rayonun bir hissəsində qaz kəsiləcəkbackend

Bu rayonun bir hissəsində qaz kəsiləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Astaranın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Azəriqaz” məlumat yayıb.

Bildirilib ki, “Şahağacı” ölçü qovşağından qidalanan Astara rayonunun Pensər, Kakalos, Şahağac kəndlərini təbii qazla təmin edən orta təzyiqli yeraltı qaz kəmərinin kipliyə sınaq olunması ilə əlaqədar 17.11.2023-cü il tarixdə saat 10:00-dan etibarən işlər başa çatanadək “Şahağacı” qaz ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Qeyd olunub ki, təmir işləri aparılan müddətdə Astara rayonunun 30 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.