Bu rayonun qaz təchizatında fasilə olacaqbackend

Bu rayonun qaz təchizatında fasilə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 14-də Biləsuvar rayonunun bir neçə yaşayış məntəqəsinin qaz təchizatında fasilə olacaq.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, Biləsuvar qazpaylayıcı stansiyasından qidalanan orta təzyiqli yeraltı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə aparılacaq işlərə görə 14 iyun saat 10:00-dan başlayaraq işlər başa çatana qədər rayonun 5 yaşayış məntəqəsini (Biləsuvar şəhər, Bağbanlar, Günəşli, Çaylı, Arazbarı kəndləri) əhatə etməklə 5 500 nəfər abonentə təbii qazın verilişi dayandırılacaq.

Abonentlərdən xahiş edilir ki, qeyd olunan yaşayış məntəqələrində qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaqla, təhlükəsizlik tədbirlərinə riayət etsinlər.