Bu sahibkarlar 7 il vergidən azad olunacaqlarbackend

Bu sahibkarlar 7 il vergidən azad olunacaqlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda kiçik və orta sahibkarlığın (KOS) yeddi il müddətinə vergidən azad edilməsi nəzərdə tutulur.

NOCOMMENT-in modern-ə istinadən məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “KOS imkanlarının genişləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və yaşıl artım” mövzusunda beynəlxalq tədbirin açılış mərasimində çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı prioritet məsələdir.

“Qlobal iqtisadi çağırışlar fonunda güclü biznes sektorunun yaradılması ölkənin gələcək inkişafına töhfə verir. Onu da qeyd etmək istəyirəm ki, enerji daşıyıcılarının yüksək qiymətləri ölkəyə valyuta cəlb etməyə və makroiqtisadi göstəriciləri gücləndirməyə kömək edir”, – deyə nazir bildirib.

Onun sözlərinə görə, biznesin inkişafının əsas mexanizmləri sahibkarlığa dövlət dəstəyi, stimullaşdırıcı və güzəştli kreditlərdir: “Bu gün ölkədə KOB subyektlərinin sayı 850 mindir.Bundan başqa, biz biznes hesabatlarının verilməsi prosedurlarını sadələşdirmişik. Ölkəmiz “Doung Business” sahəsində yüksək göstəricilərə nail olub. Xüsusilə, KOB-u yeddi il müddətinə vergidən azad etməklə biznes imkanlarının genişləndirilməsi planlaşdırılır”.